Rusiyada səfərbərlikdən qaçan insanların sayı fevralda müharibəyə cəlb olunanlardan daha çoxdur - Britaniya kəşfiyyatı
Rusiyada səfərbərlikdən qaçan insanların sayı fevralda müharibəyə cəlb olunanlardan daha çoxdur - Britaniya kəşfiyyatı
29.09.2022 MEDİA Tərəfindən

Səfərbərlikdən qaçan rusların sayı fevral ayında tammiqyaslı işğaldan bir qədər əvvəl Ukrayna sərhədi yaxınlığında yerləşdirilən Rusiya qüvvələrinin sayından çoxdur. Bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.

"Prezident Putinin "qismən səfərbərlik" elanından sonra yeddi gün ərzində hərbidən yayınmağa çalışan rusların əhəmiyyətli bir axını baş verdi. Dəqiq rəqəmlər məlum olmasa da, onların sayı fevral ayında Rusiyanın Ukrayna sərhəddinə yerləşdirdiyi işğalçı qüvvələrdən çoxdur. ”, - deyə məlumatda bildirilir.

Kəşfiyyatın məlumatlarına görə, Rusiyanı tərk etməyə çalışanlar arasında daha imkanlı və savadlı insanlar üstünlük təşkil edir.

Britaniya kəşfiyyat ekspertləri deyirlər ki, bu ehtiyat qüvvələrin səfərbər edilməsi ilə birlikdə, işçi qüvvəsinin azalması və beyin axınının sürətlənməsinin daxili iqtisadi təsiri getdikcə daha əhəmiyyətli olacaq.

Əli Əliyev

visiontv.az