Rusiyada miqrantlarla ruslar arasında kütləvi dava
23.04.2020

Rusiyanın Dmitrov şəhərindəki anbarlardan birinin dayanacağında kütləvi dava baş verib.

Visiontv.az xəbər verir ki, şahidlərdən biri insidenti lentə alıb və onu sosial şəbəkədə yayıb.

Kütləvi qarşıdurmaya səbəb kimi miqrantların işlədiyi şirkətdən qovulması iddia edilib. Yerli vətəndaşları işlətməyə üstünlük verən şirkət rəsmilərinə hücum çəkən miqrantlar bu yolla qisas almağa çalışıb.

Görüntülərin ictimailəşməsindən sonra məsələyə münasibət bildirən şirkət rəsmisi miqrantların işdən qovulmadığını və görüntülərin bu günə aid olmadığını açıqlayıb.

BAKU.WS