Rusiya XİN-nin düşünülmüş, bəsbəlli qərəzi üzərinə bir neçə söz
Rusiya XİN-nin düşünülmüş, bəsbəlli qərəzi üzərinə bir neçə söz
25.02.2022 Əkbər Qoşalı Tərəfindən

İlk cümləsi “Rusiya Xarici İşlər Nazirliyi öz təxribatçılıq ruhundan (daha doğrusu, ruhsuzluğundan!) nə zaman qurtulacaq?” – sualı ilə başlayan bir yazı yazmışdım. Yazını yayınlanmağa göndərmək istərkən, bəlli oldu ki, Rusiya XİN-nin sosial şəbəkələrdəki rəsmi hesabında 1828-ci il “Türkmənçay müqaviləsi” ilə bağlı xəbərdəki yanlışlıq aradan qaldırılıb.

Belə ki, həmin xəbərin mətnindən “Gündoğar Ermənistan” ifadəsi çıxarılıb. Bu yaxşı haldır, bununla belə, Rusiya XİN-nin tam da, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfərinin ilk günündə (21 fevralda) yanlış “məlumat” yayması təsadüf əsəri deyildi. Tarixi faktların qərəzli şəkildə təhrif olunması da, yayımın zamanlaması da, əlbəttə, qəbuledilməzdi.

Lavrovun başçılıq etdiyi Rusiya XİN necə bir XİN-dir ki, Rusiya ilə Azərbaycan əlaqələrinin yeni səviyyəyə yüksəldildiyi bir məqamda belə bir açıqlama ilə çıxış edirdi? – Açıqlama  uyğunsuz açıqlama olub, tam bir yaramazlığın ifadəsiydi. Bu təhrifi, məsələn Rusiya XİN-nin “Tarix-sənədləşdirmə departamenti”nin üzərinə atmaq yaramaz, bu, düşünülmüş, bəsbəlli bir qərəzin ifadəsiydi. Bu, Rusiya XİN-də illərlə oturuşmuş, ümumən Rusiya dövlətinin materiyasınadək sızmış ermənilərin və ermənipərəst şəxslərin Azərbaycan Prezidentinin Rusiyaya səfərinə, imzalanmış yeni sənədə inersik təpkiydi. Amma və lakin Rusiya XİN-dəki ermənipərəstlərin bu çırpınmaları “arxadan atılan daş”, yaxud “saman çöpü”ndən yapışma”qdır. Onlar arxadan daş (daha doğrusu güllə) atmaq, özlərini aldatmaq, “böyük görsənmə” kimi xəstəliklərə mübtəladır, zatən. Elə bilirəm, yanlışlığı düzəltməklə yanaşı, qabiliyətləri çatıb, üzrxahlıq etməliydilər. Və kim zəmanət verir ki, Lavrovun başılıq etdiyi dönəmdə yeni “yanlışlıqlar” olmayacaq?.. Xankəndi iqtisadi rayonunda və yaxın çevrəsində müvəqqəti yerləşdirilmiş Rusiya hərbi bölmələrinin hərəkət və nəzarət qrafikləri ilə bağlı da tez-tez belə yanlışlıqlar görürük. O üzdən ya Müdafiə Nazirliyinin ya XİN-nin bir daha belə yanlışqlara yol verməməsi qəti şəkil almalıdır.

Yazdım, pozdumla olmur, yazma ki, pozmayasan da...

Tarixi proseslərin (konkret olaraq, “Kürəkçay”, “Türkmənçay” və “Gülüstan” müqavilələrinin) təhrif edilməsi, bundan sonra nə Ermənistana, nə dünya erməniliyinə, nə də Rusiya XİN-ə bir şey verməz.

“Kürəkçay”, “Türkmənçay” və “Gülüstan” müqavilələrinin orijinal mətninə ən asan əli çatan elə Rusiya XİN deyilmi? – Buyursun, orjinalı dərc etsin, ifadələri, terminləri düzgün yazsın, o dövrün şərtlərini, gerçəkliyi yanlış yerə daşımasın və qərinələr sonranın baxış bucağı ilə yorumlamasın. Məhz həmin olmaz olası müqavilələrdən sonra ermənilərin Qafqaza köçü başlamadımı? Bizim torpaqlara köçürülən ermənilər özləri köçürülmələrinin xatirəsinə “Marağa–150” abidəsi ucaltmamışdılarmı? – Bu ki təhrifi “əsaslandırma” imkanları geniş olası qədim və ya sənəd-sübutsuz tarix deyil, yaxın tarixdir. 1828-ci ildə Çar Rusiyasının Quzey Azərbaycanı işğal etməsindən sonra, Qacar Azərbaycan imperiyası ilə bağlanan “Türkmənçay müqaviləsi”nə əsasən ermənilər Qarabağ, Naxçıvan və İrəvan xanlıqlarımızın ərazisindəki verimli torpaqlara, səfalı yerlərə köçürülməyə başladı. İlk köçlər ərəfəsində 200 erməni ailəsi Güney Azərbaycanın Marağa əyalətindən Qarabağa köçürüldü. Hətta, ermənilər özləri, məskunlaşdırıldıqları ərazini Marağa adlandırdı. Sonralar “ağıllanıb”, kəndin adını erməniləşdirərək “Marağaşen” adlandırdılar. Kənd Sovetlər dönəmində - 1954-cü ildə yeni – Leninavan adı ilə rəsmiyyət qazandı. 1978-ci ildə isə erməni ailələrinin Marağadan köçüb Qarabağa gəlməsinin 150-ci ildönümü ilə bağlı olaraq, burada, müvafiq abidə ucaldıldı. Ermənistanın Azərbaycan torpaqlarını işğalı başladıqdan sonra, ermənilərin Qarabağa gəlmə olmasının izini itirmək məqsədilə “Marağa – 150” abidəsindəki yazıların üstü öncə qapadıldı, sonra isə tamamən dağıdıldı. (Yeri gəlmişkən, 1992-ci ildə qəsəbəyə ərazidəki Şıxarxın adı verildi. Arxın adı isə Şıxlar nəsli ilə bağlıdır).

Bəli, “Kürəkçay”, “Gülüstan” və “Türkmənçay” müqavilələri faktiki olaraq Rusiyanın Güney Qafqazda mövcudluğunu, onun o zamankı hərbi-siyasi qələbəsini rəsmiləşdirdi. Müqavilə bağlayan tərəfin biri o vaxtkı Rusiya (Çar) imperiyası, biri Azərbaycan (Qacar) imperiyası idi, erməninin isə nəinki imperiyası, dövləti, heç yaylası, dağı-dərəsi, düzü-düzəngahı yox idi...

Ermənistan dövlətinin 100 ildən bir qədər öncə məhz tarixi Azərbaycan torpaqlarında yaradıldığını ən yaxşı, ən dəqiq sənəd-sübutla bilən elə həmin o, Rusiya arxivlərinə çıxışı olanlardır. (Paşinyanın məxməri inqilabla hakimiyyətə gəldiyi 2018-ci ildə Rusiya siyasi elitasının tanınmış nümayəndələrinin “Ermənistan dövlətini biz yaratdıq” açıqlamalarını internetdən izləmək qayət kolay bir işdir)...
XX yüzilin sonlarında dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan 30 il sonra Rusiya ilə dövlətlərarası münasibətlərini yeni səviyyəyə ona görə qaldırmayıb ki, Lavrovun idarəsi “Moskva Bəyannaməsi” öncəsindəki kimi davranmaqda davam etsin. Yaxşı, tutaq ki,  Bəyannamə imzalanmayıb, bu o deməkdirmi, tarixi təhrif edəsən, öz etnik çıxarlarını başçılıq etdiyin qurumun, təmsil etdiyin dövlətin maraqları ilə diffuziya halına gətirə, öz ağlınca, “erməni-rus xəlitəsi” yaradasan? – Mən genetika mütəxəssisi deyiləm, ancaq dəqiq bilirəm ki, belə bir xəlitə mümkün olmayacaq... Ermənilərin heç bir xalqla calağı alınmır – öz aralarında “Livanlı”, “Qarabağlı”, “Fransalı”, “Hindistanlı”, “İranlı”, nə bilim, “hay”, “erməni” ayrımçılığından qurtula bilməmiş, mədəniyyət (sivilizaisiya) baxımından da millət səviyyəsinə yüksələ bilməmiş, dövlət qurma təcrübəsi olmayan bir bekara tayfa fason yığnaq özünə nə yaramışdı ki, hələ bir başqasını da yarada, zənginləşdirə?.. Bu son cümlənin acı gerçəkliyini görməkçün Ağdama, Füzuliyə, Cəbrayıla... qısa bir səfər etmək yetərlidir. Zatən, hörmətli Mehriban xanım Mariya Simonyanın timsalında erməni jurnalistlərini işğalın nəticələrini öz gözləri ilə görməkçün Ağdama dəvət etdi. Gəlsinlər, görsünlər və öz etnik kökənləri ilə “fəxr etsinlər”...

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
BAYRAĞIMIZ UCA OLSUN!

Əkbər Qoşalı 

Visiontv.az