Rusiya Vaşinqtonda keçirilən görüşə Qarabağda silahlı təxribatla cavab verir
Rusiya Vaşinqtonda keçirilən görüşə Qarabağda silahlı təxribatla cavab verir
09.11.2022 Məhəmməd Əsədullazadə Tərəfindən

Ermənistan Azərbaycanla aparılan danışıqları baxmayaraq dövlət sərhəddi istiqamətində növbəti dəfə atəşkəsi pozur.

Xüsusilə Vaşinqtonda keçirilən görüşdən sonra, bu təxirbatlar baş verdi. Həmçinin Xocavənddə erməni qanunsuz birləşmələri Azərbaycan ordusunun mövqelərini atəşə tutdu. Rusiya Vaşinqtonda keçirilən görüşə Qarabağda silahlı təxribatla cavab verir. Rusiya sülhməramlı qüvvələri bir müddətdir ki, Laçın dəhlizindən erməni silahlı birləşmələrinə silah-sursat təchiz edir.

Erməniləri növbəti təxribata sövq edərək real sülh prosesini pozmağı planlayır. Ermənistanda sülh müqaviləsində maraqlı deyil. Qeyd edim ki, Ermənistanın müdafiə naziri Suren Papikyan növbəti mühaibəyə hazırlaşdıqlarını vurğulayıb. Demək olar ki, Ermənistan bizimlə şərt dilində danışır. Vaşinqtonda xarici işlər nazirlərinin görüşündə heç bir müsbət nəticə əldə edilməyib. Ermənistan hakimiyyəti 30 il apardığı imitasiya danışıqlarını yenidən davam etdirir. Müharibədən iki il keçməsinə baxmayaraq sülh müqaviləsindən ciddi şəkildə yayınır.

Azərbayacanla növbəti hərbi eskalasiyada maraqlı görünür. Bundan əlavə, Qarabağda Rusiya hərbiçilərinin müvəqqəti nəzarət etdiyi ərazilərdə silahlı erməni birləşmələrinin təxirbatlarının intensivləşməyi gözlənilir. Azərbaycan silahlı qüvvələrinin mövqelərinə qarşı erməni silahlı separatçılar təxirbatlar etməsi mümkündür. Bu təxribataların qarşısını almaq üçün Laçın yolunda post qurulmalı və hərbi əməliyyatlar keçirilməlidir.

Prezident İlham Əliyev bununla bağlı Ermənistana və Rusiyaya açıq mesaj verdi. İki il yarımdan sonra Rusiya hərbiçilərinin Qarabağdan çıxarılması tələb ediləcək.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə

Visiontv.az