Rusiya Müdafiə Nazirliyi səsini çıxarmır: Yəqin səsləri Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaradılanda gələcək
Rusiya Müdafiə Nazirliyi səsini çıxarmır: Yəqin səsləri Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaradılanda gələcək
22.03.2023 Elxan Şahinoğlu Tərəfindən

“Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi üçtərəfli bəyanatın müddəalarının kobud şəkildə pozulmasıdır və bu qəbuledilməzdir” – bu cümlə Azərbaycanın Müdafiə Nazirliyinin bugünkü bəyanatındandır.

Bunun ardınca Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycanın sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasının labüdlüyü cümləsi işlənib. Maraqlıdır ki, Rusiya Müdafiə Nazirliyi səsini çıxarmır, məsələyə münasibət bildirmir, təsdiq və ya təkzib etmir. Yəqin səsləri Laçın yolunda elan edilən nəzarət-buraxılış məntəqəsi yaradılanda gələcək, onda da gec olacaq.

Elxan Şahinoğıu

visiontv.az