Rusiya Donbassa hücumu bərpa etmək üçün artilleriya zərbələrinin sayını artıracaq - Britaniya kəşfiyyatı
Rusiya Donbassa hücumu bərpa etmək üçün artilleriya zərbələrinin sayını artıracaq - Britaniya kəşfiyyatı
17.05.2022 MEDİA Tərəfindən

Rus qoşunları daha intensiv artilleriya hücumlarına müraciət edə bilər. Çünki onlar cəbhə xəttindən kənarda döyüş təyyarələrini riskə atmaq istəmirlər. Həmçinin  Donbassa hücumu bərpa etməyə çalışırlar.

Bu barədə ” Böyük Britaniya Müdafiə Nazirliyinin “Twitter” səhifəsində yazılıb. "Kiyevin şimalında yerləşən Çerniqov vilayətində Rusiyanın Ukrayna paytaxtına doğru irəliləməkdən imtina etdiyi vaxtdan indiyə kimi təxminən 3500 bina dağıdılıb və ya zədələnib. Zərərəin 80%-i yaşayış binalarına dəyib".

Britaniya kəşfiyyatı izah edir ki, bu zərərin səbəbi Rusiyanın yaşayış məntəqələrinə qarşı artilleriyadan istifadə etməsidir: "Rusiya, cəbhə xəttindən kənarda uçan döyüş təyyarələrini riskə atmaq istəmədiyinə görə, çox güman ki, ayrıseçkilik etmədən artilleriya bombardmanından geninə boluna istifadə edir. Buna görə də, yaxın həftələrdə Rusiya Federasiyası çox güman ki, Donbassda irəliləyiş sürətini bərpa etmək üçün ciddi şəkildə kütləvi artilleriya zərbələrindən istifadə edəcək".

Xatırladaq ki, ötən sutka ərzində Ukrayna hərbçiləri Donetsk və Luqansk istiqamətlərində düşmənin 11 hücumunu dəf edib. Daha üç yerdə döyüşlər davam edir.

Aytən Əlizadə

visiontv.az