Rusiya bir həftəyə 3 milyardadək dollar itirdi
14.02.2019

Rusiya bir həftəyə 3 milyardadək dollar itirdi

Fevral ayında bir həftə ərzində Rusiyanın beynəlxalq ehtiyatlarının həcmi 2,7 milyard dollar azalaraq 475 milyard dollar təşkil edib.

Visiontv.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Rosbalt" agentliyi Rusiya Mərkəzi Bankının materiallarına istinadən məlumat yayıb.

Azalma fevralın 1-dən 8-dək olan müddətdə qeydə alınıb.   

Qeyd olunur ki, ötən ay Rusiyanın valyuta ehtiyatları 1,6 faiz artıb.