Rusiya, ABŞ və Fransadan Azərbaycana hörmətsizlik - Qarabağa qanunsuz gedən əcnəbilərin STATİSTİKASI
23.01.2020

Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən əcnəbilərin statistikası açıqlanıb.

Visiontv.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, qondarma Qarabağ rejimi "mədəniyyət, gənclər və turizm naziri" Lernik Ovanisyanın sözlərinə görə, 2019-cu ilin yanvarından dekabr ayına qədər işğal olunmuş ərazilərə 41 min 963 əcnəbi ziyarət edib. O bildirib ki, 2018-ci ildə bu rəqəm 28 588 olub.

Qarabağa qanunsuz gedənlərin 19160-ı Rusiya, 7527-i ABŞ, 1661-i Fransa, 765-i Almaniya, 699-u Livan, 685-i Polşa, 671-i Çin, 594-ü Argentina, 575-i Kanada və 568 nəfər Suriya vətəndaşıdır.

Diqqəti çəkən məqam odur ki, Dağlıq Qarabağ probleminin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT Minsk Qrupu həmsədrləri Rusiya, ABŞ və Fransanın vətəndaşları Azərbaycan qanunvericiliyinə hörmətsizlik edirlər.