Rus sülhməramlırının 9 may qələbə gününə hazırlıqları Ermənistan mətbuatı tərəfindən qəsdən şişirdilib
20.04.2021

Dağlıq Qarabağda dislokasiya olunmuş rus sülhməramlırının 9 may qələbə gününə hazırlıqları Ermənistan mətbuatı tərəfindən qəsdən şişirdilib və Azərbaycan tərəfində sülhməramlılara qarşı narazılıq yaratmağa hesablanmış addımdır.

Hərbi xidmət keçmiş şəxslər birillər ki, xüsusi günlər olanda, Azərbaycan SQ üzərində misal çəksək onda 26 iyun, 18 oktyabr tarixlərində hərbi hissələrdə xüsusi təntənə ilə qeyd edilir.Özəl günlərə 1 ay qalmış bölüklər təntənəli keçid üçün məşqlət edirlər və təqvim günündə fəxri tribuna önündən geçid olur. İndi Rusiya SM-da bir briqada səviyyəsindədir. Ona görədə onlar dislokasiya ərazilərində general Muradovun qarşısından təntənəli keçid edəcəklər. Bu keçidi parad kimi təqdim etmək düzgün deyil. Adətən paradlar daha geniş miqyaslı, müxtəlif texnika, aviasiya vasitələrinin nümayişi ilə olur və bu tip paradları baş komandanlar qəbul edir. Rusların 9 may günü Muradovun qarşısından kalaşnikovla keçid etmələsi sadəcə hərbi hissələrin illik fəaliyyətində olan bir addımdır.

Ancaq burada diqqət yetirilməsi başqa bir məqam var. 9 mayda fəxri tribunada general Muradovdan başqa kimlər olacaq ? İşimizi elə qurmalıyıq ki, ruslar səhfən Araiki və ya Babayanı, və başqa birini o tribunaya buraxmasın.

2. Ermənilər ciddi cəhd göstərəcək ki, təntənəli keçid hərbi hissənin düzülüş meydanında deyil, Xankəndində keçirilsin. Bax biz bunun qarşısını almalıyıq. Azərbaycan tərəfinin icazəsi və iştirakı olmadan heç kəs Xankəndinin mərkəzində hərbi yürüş edə bilməz.

Aqil Məmmədov

Visiontv.az