Rus əsirliyindən azad edilən britaniyalı əsgərlər Londona gəliblər
Rus əsirliyindən azad edilən britaniyalı əsgərlər Londona gəliblər
22.09.2022 MEDİA Tərəfindən

Rusiya əsirliyindən azad edilmiş 5 ingilis əsgəri artıq vətənlərinə qayıdıb. Onların təyyarəsi Londonun Hitrou hava limanına enib.

Bu barədə  The Guardian xəbər verir.

Britaniya hərbçiləri artıq hava limanında onları gözləyən qohumları ilə görüşüblər.

Aiden Eslin, Sean Pinner, Con Harding, Dylan Healy və Endryu Hill adlı beş Britaniya vətəndaşının Rusiya əsarətindən azad edildiyi məlum olub.

Xatırladaq ki, dünən Rusiya Ukrayna Silahlı Qüvvələrinin 10 əcnəbi döyüşçüsü - beş britaniyalı, bir mərakeşli, isveçli, xorvat və iki amerikalını əsirlikdən azad edib.

Sərbəst buraxılma Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə baş tutub və məhbuslar dərhal təyyarə ilə Ər-Riyada aparılıb.

visiontv.az