Roma papası İraqda ayətulla Əli əl-Sistani ilə görüşüb
06.03.2021

Roma papası I Fransisk İraqa səfəri çərçivəsində Nəcəf şəhərində İraq şiələrinin lideri, ayətulla Əli əl-Sistani ilə görüşüb. Visiontv.az-ın məlumatına görə, bu din xadimləri arasında ilk görüş olub.

Təxminən yarım saata yaxın davam edən görüş mətbuata qapalı keçirilib.

Qeyd edək ki, 90 yaşlı Əli əl-Sistani çox nadir hallarda görüşlər keçirir.

Roma papası koronavirus pandemiyası başladıqdan sonra ilk səfərini İraqa edib. Səfər martın 8-dək davam edəcək.