Restoran, kafe və çay evlərində xidmət saatları artırıldı - RƏSMİ
29.05.2020

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saatları uzadılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Visiontv.az-a bildirilib ki, xidmət saatları 08:00-dan 22:00-dək həyata keçirilir (ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili istisna olmaqla).