"Renault"-un Rusiyadakı aktivləri Rusiya dövlətinə keçdi
"Renault"-un Rusiyadakı aktivləri Rusiya dövlətinə keçdi
16.05.2022 MEDİA Tərəfindən

Rusiyanın Sənaye və Ticarət Nazirliyi Fransanın "Renault" şirkətinin Rusiyadakı bütün aktivlərinin Rusiya dövlətinə keçdiyini açıqlayıb.

Visiontv.az "TRT-Haber"ə istinadən xəbər verir ki, Rusiyanın Sənaye və Ticarət Nazirliyi "Renault" ilə şirkətin Rusiyadakı bütün aktivlərinin Rusiya hökumətinə və Moskva bələdiyyə administrasiyasına verilməsinə dair müqavilə imzalandığını açıqlayıb.

Müqaviləyə əsasən, "Renault" Rusiya şirkətinin bütün səhmləri Moskva bələdiyyə hökumətinə verildi; Fransa şirkətinin ölkənin ən böyük avtomobil şirkəti olan "Avtovaz"daki 68 faizlik səhmləri Rusiyanın NAMI institutuna keçəcək.

"Renault" 6 il ərzində "Avtovaz"dakı payını geri almaq hüququna malikdir. 

İlahə Əliyeva