Rəmiş dəfn edilib
06.04.2021

Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) dəfn edilib.

Visiontv.az xəbər verir ki, o, Qaradağ rayonu "Qurd Qapısı" qəbiristanlığında  torpağa tapşırılıb.

Qeyd edək ki, R. Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranmışdı. O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi.

O, 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub.