Rəhim Rəhimli dəfn edilib
30.09.2022

Müğənni Rəhim Rəhimli ilə evində vida mərasimi keçirilib.

Visiontv.az xəbər verir ki, vida mərasimindən sonra onun cənazəsi Suraxanı rayonu, Bülbülə qəsəbəsinə gətirilib.

O, qəsəbə qəbiristanlığında dəfn edilib.

Mərasimində mərhumun ailə üzvləri, sənət dostları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan şou-biznesinin tanınmış siması, müğənni, bəstəkar Rəhim Rəhimli dünən gecə saatlarında evində, ürək tutmasından vəfat edib.

APA