Regionda yeni bir siyasi-hərbi nizam formalaşır - Məhəmməd Əsədullazadə
Regionda yeni bir siyasi-hərbi nizam formalaşır - Məhəmməd Əsədullazadə
18.01.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

Türkiyə Azərbaycan birgə hərbi təlimləri, yeni post-müharibə dövründə hər iki ölkənin yeni siyasi -hərbi çağrışlara hazır olmasının mesajıdır.

Qarsda keçirilən "Qış-21" kod adlı bu təlimə Azərbaycan ilk dəfə böyük kolonla zirehli texnikaların iştirakı ilə öz sərhədlərindən kənar iki ölkə ilə birgə ilk təlimidi . Bu, Azərbaycan ordusunun artıq beyləxlaq səviyyədə güclənməsinin göstəricisidir.

Bu kimi təlimlərin davam etməsi, gələcək perspektivdə Türkiyə Azərbaycan hərbi müttəfiqlik müqaviləsinin bağlanmasına gətirib çıxaracaq. Bundan sonra Azərbaycan ordusu Türkiyə qoşunları tərkibində NATO təlimlərinə də cəlb oluna bilər. Bununla yanaşı Azərbaycan ordusu Türkiyə, NATO standartalarına keçəcək.

Regionda yeni bir siyasi-hərbi nizam formalaşır. Hər iki qardaş ölkə öz hərbi qüvvələrini kordinasiya edərək, əzələ nümayiş etdirir. Azərbayacana qarşı təzyiqlərin qaşısı alınacağı, xüsusilə Rusiyanın sülhməramlı qüvvələrinin Qarabağda müəyyən hissəsində öz fəaliyyətlərində korrektlər etməyə gətirib çıxaracaq.

Qarsda keçirilən təlimlər Ermənistanı ciddi narahat etməklə, Gümrüdəki Rusiyanın "102"-ci bazası döyüş hazırlığına gətirilib.

Məhəmməd Əsədullazadə