Qax rayonunda meliorativ tədbirlər davam etdirilir
16.05.2020

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ölkədə digər sahələrdə olduğu kimi meliorasiya və su təsərrüfatı sahəsində də daima özünü göstərməkdədir.

Visiontv.az xəbər verir ki, son illər ölkəmizdə meliorasiya və irriqasiya sahəsində aparılan əsaslı işlər çərçivəsində böyük layihələr icra olunmuşdur. Aqrar sektorun əsas istiqamətlərindən biri sayılan meliorasiya və su təsərrüfatının inkişaf etdirilməsi istiqamətində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən irimiqyaslı işlər görülmüş, bu da öz bəhrəsini verməkdədir.


Bu sahədə aparılan işlərdən, həyata keçirilən layihələrdən Qax rayonunun da kənarda qalmamışıdır. Belə ki, aparılan geniş meliorativ tədbirlər çərçivəsində rayonumuzun ərazisindən keçən dağ çaylarında sahilbərkitmə işləri həyata keçirilmiş, çay yataqlarında daş beton bəndlər tikilmişdır. Görülən işlər sayəsində də istər yaşayış məntəqələrinin, istərsə də əkin sahələrinin sel sularından mühafizə olunması və yaranan sel sularının təhlükəsiz şəkildə ötürülməsi təmin olunmaqdadır.


Son illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayonda müxtəlif ərazilərdə ümumilikdə 7279.48 p/m uzunluğunda sahilbərkitmə tədbiləri həyata keçirilmişdir. Belə ki, Zərnə kəndində Zərnə çayın sağ və sol sahillərində ümumi uzunluğu 1109 p/m, Kürmük çayın sağ sahilində Əlibəyli kəndi ərazisində uzunluğu 1346.26 p/m, Kürmük çayın sol sahilində İbaxlı kəndi ərzsində uzunluğu 385 p/m, Kürmük çayın sağ sahilində Qax şəhəri ərazisində 2218.20 p/m, Kürmük çayın sol sahilində İbaxlı kəndinin mühafizəsi üçün 566 p/m, Kürmük çayın sağ sahilində Qaxbaş kəndi ərzisində Qax şəhərinin mühafizəsi üçün 600 p/m uzunluğunda, İlisuda Kürmükçayın sol sahilində İlisu kəndinin mühafizəsi üçün 755 p/m uzunluğunda daş beton bəndlər tikilmişdir. Bundan əlavə Alazan çayında əkin və otlaq sahələrinin yuyulmasının qarşısının alınması üçün 300 p/m məsafədə daş tökmə işləri həyata kecirilmişdir.


Rayon ərazisindən keçən Kürmük çay, Zərnə çay, Ləkit çay, Qumçay və Qaşqaçay çayları boyunca salınan torpaq mühafizə bəndlərində möhkəmləndirmə işləri görülmüş, qabion bəndlər qurulmaqla sahilbərkitmə işləri yerinə yetirilmişdir.

Qeyd etmək lazımdır ki, hal-hazırda Ağçay çayının sağ sahilində, Ağçay kəndinin mühafizəsi üçün 150 p/m uzunluğunda daş beton bənddə əsaslı təmir işləri və eyni zamanda İlisu kəndi ərazisində Kürmük çayın sol sahilində yeni sahil mühafizə bəndlərinin tikintisi həyata keçirilməkdədir.
 

Əkin sahələrinə verilən suvarma suyunun itkisiz çatdırılması üçün torpaq məcralı kanallardan Qax Muğal kanalının aşağı hissəsində, Qax İngiloy, Əmbərçay, Almalı və Qobala -Ağçay kanallarında beton üzlüyə alınma işləri aparılmışdır. Eyni zamanda 2020-ci il üçün Qax Muğal kanalının digər hissəsində, Əmbərçay və Qobala-Ağçay və Cəlayer suvarma kanallarında beton üzlüyə alınma işlərinin yerinə yetirilməsi nəzərdə tutulmuş, bir hissəsinin icrasına başlanılmışıdır. Bundan əlavə torpaq məcralı suvarma kanallarında mütəmadi olaraq lildən təmizləmə işləri yerinə yetirilir.

Sel və daşqın sularına qarşı mübarizə tədbirlərinin davam etdirilməsi sahəsində müvafiq tədbirlər bundan sonra da davam etdiriləcəkdir.