Ramazan ayından sonra qızıl və gümüş bazarında bahalaşma
15.06.2019

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

VisionTv.az ATV.az-a istinadən  xəbər verir ki, iyunun 15-də qızılın qiyməti iyunun 14-ü ilə müqayisədə 17,1955 manat artaraq 1 unsiya üçün 2286,4405 manat təşkil edib.

Gümüş 0,2544 manat bahalaşaraq 1 unsiya üçün 25,394 manata bərabər olub.

Belə ki, Platinin qiyməti 1,904 manat artaraq 1383,392 manat, palladiumun qiyməti isə 71,247 manat artaraq 2465,221 manat təşkil edib.

Ad

14.06.2019

13.06.2019

Qızıl

XAU

2286.4405

2269.245

Gümüş

XAG

25.394

25.1396

Platin

XPT

1383.392

1381.488

Palladium

XPD

2465.221

2393.974

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.