Quru Qoşunlarının hərbi hissəsində hərbi təlim keçirilib - VİDEO
16.05.2022

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq, Quru Qoşunlarının “N” hərbi hissəsində atıcı silahlardan və qumbaraatanlardan praktiki atış çalışmaları yerinə yetirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, çalışmalara cəlb olunan heyətə təhlükəsizlik qaydaları və atışın şərtləri çatdırılıb.
Atışdan əvvəl atəş hazırlığı üzrə normativlər yerinə yetirilib.

Hərbi qulluqçular əvvəlcədən hazırlanmış mövqedən hədəfə yerindən atəş açmaq üzrə tapşırıqları uğurla icra ediblər.

Təlim prosesi Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla həyata keçirilib.

 

visiontv.az