Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur - MN
24.10.2020

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur.

Müdafiə Nazirliyindən Visiontv.az-a verilən məlumata görə, Ermənistan tərəfinin bu təxribatı törətməkdə məqsədi Azərbaycan Ordusunu cavab tədbirləri görməyə təhrik etməkdir.