Qubada oğul atasını öldürüb
15.02.2020

Qubada oğul atasını öldürüb.

Visiontv.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Birinci Nügədi kəndində qeydə alınıb.  Aralarında yaranan şəxsi münaqişə zəminində 2001-ci il təvəllüdlü Şükürov Mətləb Bəşarət oğlu atası Şükürov Bəşarət Ramazan oğlunu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.  

Faktla bağlı Quba rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.