Qəzaya uğrayan hərbi pilotumuzun şəxsiyyəti bilindi — Təcrübəli polkovnik-leytenant
25.07.2019

Ötən gün qəzaya uğrayan MiQ-29 hərbi təyyarəsinin pilotunun kimliyi müəyyən edilib.

VisionTV.az  yenicag.az-a istinadən bildirir ki, dünən axşam saat 22:00-da qəzaya uğrayan MiQ-29 hərbi təyyarəni idarə edən pilot polkovnik-leytenant Rəşad Atakişiyev olub. 
Qeyd edək ki, İyulun 24-də saat 22-00-da plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin (HHQ) MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.