Qərib Turist Azər-İdris Heydərli yazır
09.07.2020

90-cı illərin sonuna yaxın Beynəlxalq Banka Sovet dönəmində Xarici İqtisadi Əlaqələr kimi formalaşan komsomolçular sahib çıxdılar,

Şərqşünas, Baküvi araşdıran Cahangir Hacıyev Bankın yeni sədri oldu.
Azər Qəribovda Tv-dəki komsomolçu kimi Cahangir Hacıyevın sponsorluğu ilə dünya gəzdi.

Əlində bir ev kamerası şəhər şəhər gəzən bu adam Qərib bir Turist idi.
Sovet KQB-si belə qərib Turistlərlə nə iş görərdi, nə edərdi, bilmirəm,
Azər Qərib gəzib, yeyib içib, nəsə çəkərdi,
Bu "Nəsələri"montaj edib efirlərdə özünü göstərərdi.
İndi yenə bir paylaşım, etdi,
Özünü göstərdi.
Nədir bu adamın dərdi?

Bu adam gölgələrdə gəzib, yeyib, içən oğlanların məclislərdə tost deyən "importni turist" kimi tanınan dünəndir,
Bu günün havasından boğlurmu?
Yox,
Bu importnu komsomolçular nəbzin necə işləməsini bilənlərdir,
Sovetlər İttfağını miras alan Xarici İqtisadi Əlaqələr Qurumu kimi dünyanın hər ölkəsində "Yeni sovet"i təmsil edənlərdirlər.
Onların heç zaman görüntülərindəki "Ütünü" dəyişmədilər, ən son Moda ilə geyindilər, ən bahalı restoranlarda yeyib içdilər, ən təmiz Otellərdə yatdılar,
Görüntu olaraq Ənin Əni ən super parıltısı oldular,
İçləri isə qaranlıq qaldı.
Onların içindəki qaranlığı isə qaranlıq dəhlizlərdəki qərarlar idarə etdi.
Onların içindəki "Ütünün" isə nizamı olmaz, yanıq yanıqdır.
İndi bu turist nəsə yazıb, Turistik kompaniyalardakı piar menecerlər də paylaşır,
Müzakirə edir,
Turistin işi budur,
"İnturist"in qulağı olmaqdır.
Hər kəs işini bilməlidir, hər kəs bildiyi işin həkimi olmalıdır,
Sovetlərdən Müstəqillyiə keçiddə də Turistlərə aldandıq,
Kimsə yerini tutmadı, kimsə yerini bilmədi.
Deməyim budur ki, Turistlərə aldanmayın,
Hər kəs bacardığı işin həkimi olsun ki,
Azərbaycan Dövlətə hakim olsun.

Visiontv.az