Qərbyönümlü kimi tanınan şəxslər, QHT və media təsisatları həssas günlərdə İranın Azərbaycanda nüfuz agentləri kimi çıxış edirlər
26.05.2023

Son onilikdə Azərbaycan cəmiyyətində daha çox Qərbyönümlü kimi tanınan şəxslərin, QHT və media təsisatların həssas günlərdə İranın ölkəmizdəki nüfuz agentləri kimi çıxış etməsi adi hal olub.

İntensiv şəkildə Qərb institutları ilə əməkdaşlıq edən, ABŞ və Avropa fondlarından qrantlar alıb, İranın maraqlarına xidmət etmək adəti formalaşıb.

İranın Gəncədə, Nardaranda təşkil etdiyi hadisələr zamanı təşkilatçı və iştirakçı kimi həbs olunanlar illərdir ölkədəki Qərb institutlarına bağlı, insan haqqları müdafiəçiləri şəbəkəsi tərəfindən müdafiə olunurlar.

Bəlli “QHT, KİV və hüquq müdafiəçiləri”ndən ibarət şəbəkə İran təxribatlarında yer almış şəxslərin müdafiəçisi qismində çıxış edirlər.

Qərbdə sığınacaq tapmış çoxsaylı azərbaycanlı mühacirlər, QHT və KİV təmsilçilərinin əksəriyyəti, daxildə qərbyönümlü siyasi, QHT və diğər simalarla birgə səfirliyə hücum terrorunu məişət zəmnində cinayət kimi təqdim edən təbliğatla səfərbər olunmuşdular.

Yanvar ayında səfirliyimizə terror hücumunu məişət zəmində hücum kimi təbliğat aparanlar indi də ABŞ-da bir dissident tv-nın rəhbərinə hücumu məişət zəmnində oğlunun döyməsi kimi təbliğat aparırlar.

Bu təbliğatın önündə də İrandan Qərbə sığınmış, illərdir İrandakı azərbaycanlıların lideri kimi qələmə verilən biri gedir.

Bu qədər sadə…

Poiltoloq Yeganə Hacıyeva

visiontv.az