Qərbin isti qucağındansa Vətənin soyuq bucağı yaxşıdır-Jurnalist Elnur Camalxanov
05.06.2020

Bu statusa görə hörmtəli Millət Vəkilimiz Adil Aliyevdən halallıq istəyirəm. Çünki onun gizlində etdiyi və mənim də bildiyim bir qisim işlərin birindən qısaca bəhs edəcəm. Beş gün oncə imkansız bir nəfərlə dialoqumun qısa xülasəsini təqdim edirəm.

O: Usağım neçə vaxtdır xəstədir. Sağolsun Adil müəllim, çox böyük dəstək oldu bizə. Əməliyyat uğurla keçdi.

Mən: Bəs Adil Əliyev problemi hardan bildi? Necə çıxdınız ona?

O: 4 övladımdan ikisinin (ikisi də oğlandır) ürəyində dəlik var. Onların sağlamlığına başım qarışdığı halda birdən digər qızımın halı çöndü. Apardım həkimə dedilər əməliyyat olmalıdır təcili. Elə xəstəxanadan çıxıb yağışın altında gözləyirdim. Bilmirdim hara gedim kimə deyim. İmkanım çox zəifdir. Əməliyyat xərcini hardan alacam deyə düşünüb Allaha dua edirdim. Birdən qara maşın saxladı qarşımda. Bir nəfər maşından düşüb hirslə mənə dedi ki, uşağı niyə yağışın altında saxlamısan. Xəstələnər axı. Dedim Valla elə uşağa görə burdayam. Problemi soruşdu mən də dedim. Dərhal cibindən pul çıxarıb verdi ki, indi təcili evə get nə lazım et. Özüm sizə zəng edib digər məsələlərə də kömək edəcəm. Nömrəmi aldı getdi. Sabahısı zəng gəldi (Adil müəllimin nömrəsin bilirəm deyə dediyi nömrənin doğruluğuna əmin oldum) dedi ki, Adil Əliyevdir narahat edən. Rəşad həkimlə danışmışam, uşağı təcili apar əməliyyat eləsinlər. Sevincimdən gözlərim doldu. Yuxu kimi gəlirdi mənə. Uşağın əməliyyat xərcini Adil müəllim özü qarşıladı. İni qızım yaxşıdır, çox şükür! Adil müəllimə və onun timsalında ailəmizə kömək edən hər kəsə sonsuz minnətdaram. Allah ruzilərini bol eləsin!

Söhbətimiz çox oldu, hamısnı yazmağa lüzum da görmürəm. Paylaşımda məqsədim reklam filan deyil. Sadəcə bəzi tərbiyəsiz, əxlaqsız, nəinki Vətəninə, heç anasına, bacısına, atasına xeyri dəyməyən şərəfsiz gədə və gədəciklərə demək istəyirəm ki, a bala, ay uşaq bu cavanlığınızı mənfur düşüncələrə və əməllərə sərf etməyin. Bu enerjinizi səmərəli və faydalı işlərə yönləndirin. Vətən naminə işlər görün. Xarici ölkələrdə özünüzü rahatmış kimi hiss edib dəvəquşu effekti yaratmayın. Tövbə edib pis əməllərinizdən və günahlardan çəkinin. Necə demiş övliyalar - tövbə edən gənc Allahın sevimlilərindəndir. Mühacir həyatında özünüzü qəhrəman saymayın. Qərbin isti qucağındansa Vətənin soyuq bucağı yaxşıdır. Adil müəllimin gizlində etdiyi yaxşılıqlardan. Sizin xəbəriniz olmadan belə yaxınlarınıza və doğmalarınıza da heç şübhəsiz bir fayda dəyib. İradınızı sivil şəkildə bildirib adekvat da cavab alın. Etdiyiniz sərsəm əməllər sizi daha da uçuruma aparır. Qayıdın, nə qədər gec deyil düz yola qayıdın.

visiontv.az