22.010.2020
Axtar
Ölkə
alt

Qərbin Ermənistanı qoruduğu təəssüratı yaranır-Türkiyəli diplomat

“Ermənistanın işğalçılıq siyasətinə rəğmən, Qərb tərəfindən qorunduğu təəssüratı yaranır”.

Visiontv.az-ın məlumatına görə, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyə XİN Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” adlı vebinarda Türkiyə Xarici İşlər Nazirliyinin idarə rəhbəri Yönet Can Tezel bildirib.

Yönet Can Tezel deyib ki, Tural Gəncəliyevin rəhbərlik etdiyi Dağlıq Qarabağın Azərbaycanlı İcmasının səsi daha çox duyulur: “Tural Gəncəliyev gələn həftə də Ankarada olacaq. Qarşımızda ikili standartlar var, ancaq bu, bizi həvəsdən salmamalı, daim mübarizəmizi davam etdirməliyik. Məsələn, həm Azərbaycan, həm də Gürcüstanın ərazisinin 20 faizi işğal altındadır. Ancaq biz fərqli münasibətlər müşahidə edirik. Biz Türkiyə və Azərbaycanın imkanlarını birləşdirərək belə hallara qarşı necə effektiv reaksiya verəcəyimiz barədə düşünməliyik”.

APA

Şərh