Qərb Türkiyəni LGBT-nin 7 rəngli bayrağının dalğalandığı məmləkət kimi görmək istəyir
Qərb Türkiyəni LGBT-nin 7 rəngli bayrağının dalğalandığı məmləkət kimi görmək istəyir
20.05.2023 Elbəyi Həsənli Tərəfindən

"Türkiyə İşçi Partiyasından millət vəkili namizədi Zeynep Esmeray Özadikti müsahibələrinin birində LGBTQ+ icmasının susdurulmasından yazır və ümid edir ki, o, trans-qadın kimi Türkiyə parlamentinə seçilərsə, bu, mühüm addım olacaq: “Türkiyədə LGBTİ+ icması öz ifadə azadlığından heç bir şəkildə istifadə edə bilməz və cinayət məsuliyyətinə cəlb edilir.

Göy qurşağı əks olunan məhsullar Türkiyədə qadağandır, etirazlarda göy qurşağını andıran bayraqları ələ keçirilir, qürur paradları və qapalı toplantılar qadağandır. LGBTİ+ hüquqları uğrunda çalışan birliklər və təşkilatlar hədəfə alınır və təhdid edilir”.

Qərbə bağlı "indexoncensorship.org" saytı (əsasən senzuradan keçməyən yazıları çap edir) Türkiyədəki seçkilərlə bağlı məqalə təqdim edib. Məqalə LGBT+ icmasının keçirdiyi aksiyanı əks etdirən foto ilə birlikdə təqdim olunub. Yəni Qərb Türkiyəni LGBT-nin 7 rəngli bayrağının dalğalandığı məmləkət kimi görmək istəyir.

Türk xalqı isə heç bir halda Allahın yolunu qoyub Şeytanın yolu ilə getməz. Getməməlidir. Əminəm ki, LGBT+ dəyərlərini təbliğ etdiyinə görə Qərb gələcəkdə başına döyəcək. Ailə dəyərlərindən imtina edib LGBT+ əxlaqsızlığına yuvarlanan xalqların hansı gələcəyi ola bilər ki. Ona görə də Qərbdə insanlar sürətlə qocalır, onları əvəzləyəcək uşaqlar isə dünyaya az-az gəlir. Qərb xalqlarının kökü kəsiləcək, bir azdan onlar qırmızı kitaba düşünəcək. Qərb insanı it saxlayır, pişik saxlayır, ancaq oğul-qız sahibi olmaq istəmir. O da maraqlıdır ki, Qərb insanı özünü intellektual sayır.

Elbəyi Həsənli

visiontv.az