Qaxda 700 kq şaftalı oğurlanıb
28.08.2020

Qaxda 700 kq şaftalı oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Visiontv.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  avqustun 17-də rayon ərazisindəki torpaq sahələrinin birindən 1000 manat dəyərində olan 700 kiloqram şaftalı oğurlamaqda şübhəli bilinən Almalı kənd sakini C.Abdullayev saxlanılıb.