Qax Aqroparkının təsisçisindən aztəminatlı ailələrə bayram sovqatı
23.05.2020

Ramazan bayramı münasibətilə Qax Aqroparkının təsisçisinin təşəbbüsü ilə rayonda sosial müdafiəyə ehtiyacı olan aztəminatlı ailələrə növbəti ərzaq yardımı kampaniyası keçirilmişdir.

Visiontv.az xəbər verir ki, aksiya çərçivəsində aqroparkın təsisçisi tərəfindən rayonda oruc tutan üzvləri olan 100 aztəminatlı ailəyə bayram sovqatı çatdırılmışdır. Ərzaq yardımı alan vətəndaşlar Müqəddəs Ramazan bayramı ərəfəsində onlara göstərilən qayğıya görə dövlətimizin başçısına, həmçinin aksiyanın təşkilatçısına minnətdarlıqlarını bildirmişlər.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi dövründə ölkənin hər yerində olduğu kimi, Qaxda da həssas qruplardan olan şəxslərlə bağlı mütəmadi olaraq sosial dəstək aksiyaları keçirilir. Ümumiyyətlə, bu günədək müxtəlif qurumlar tərəfindən Qax rayonunda 4 min 600-dən çox aztəminatlı ailəyə, xəstə və ahıl insanlara ərzaq yardımı edilmişdir.