“Qarabağ”ın futbolçuları Ağdam Cümə məscidində - FOTOLENT
28.11.2020

“Qarabağ” futbol klubu bu gün Ağdam şəhərinə səfər edib.

Visiontv.az xəbər verir ki, klubun məşqçiləri və futbolçuları Ağdam Cümə məscidində namaz qılıblar. Bundan başqa, komanda üzvləri Azərbaycanın Milli Qəhrəmanı, "Qarabağ"ın futbolçusu, kapitanı, baş məşqçisi olmuş Allahverdi Bağırovun da məzarını ziyarət ediblər.

Qeyd edəlk ki, Ağdam noyabrın 20-i işğaldan azad olunub.