Qarabağ üçün önəmli görüş başladı
15.04.2019

Üç nazir bir araya gəldi və daha sonra görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər

Rusiyanın paytaxtı Moskvada bu ölkənin xarici işlər naziri Sergey Lavrovun Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşü keçirilir.

Visiontv.az xəbər verir ki, bu barədə məlumat Rusiya Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" səhifəsində yerləşdirilib.

 

​Görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edəcəyi gözlənilir.

Məlumata əsasən, qapalı müzakirələr 29 mart tarixində Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında aparılmış danışıqların yekunu fonunda keçiriləcək.

Daha sonra görüşə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər.

sputnik.az