Qalibafın müşaviri İsrailin hücum ehtimalı barədə paylaşım etdi
13.11.2025

Sanki 7 oktyabrdan sonrakı günə qayıdırıq.

Bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın mşüaviri Mehdi Məhəmmədi özünün X səhifəsində yazıb.

"Düşmən yenidən bütün cəbhələrə hücum etmək qərarına gəlib, biz də öz növbəmizdə nə qədər riskli vəziyyətə olacağımıza və münaqişəni nə qədər real görəcəyimizə qərar verməliyik. Yolun əvvəlində verilən qərarlar yolun sonunu müəyyən edir",- o əlavə edib.

Qeyd edək ki, iki gün əvvəl "Nyu-York Tayms" qəzeti də İsrailin İrana hücumunun ikinci mərhələsinin başlanma ehtimalının yüksək olduğu barədə məlumat dərc edib.

Bildirilib ki, İranla Qərb arasında nüvə danışıqlarının dalana dirənməsi və Tehranın nüvə ehtiyatları barədə şəffaf məlumat verməməsi müharibənin ikinci dalğasının qaçılmaz olması ilə əticələnə bilər.

visiontv.az