Putin eyni anda üç ölkənin ərazisində yeni hərbi təlimlərin keçiriləcəyini açıqlayıb
Putin eyni anda üç ölkənin ərazisində yeni hərbi təlimlərin keçiriləcəyini açıqlayıb
17.05.2022 MEDİA Tərəfindən

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan ölkələr payızda Qazaxıstan, Tacikistan və Qırğızıstan ərazisində iri hərbi təlimlər keçirmək niyyətindədir. Bu sözləri Rusiya prezidenti Vladimir Putin KTMT sammitində deyib: “Bu ilin payızında təşkilatımız Qazaxıstan, Qırğızıstan və Tacikistanda bir sıra birgə hərbi təlimləri planlaşdırır".

Onun sözlərinə görə, təlimlərin məqsədi təşkilata üzv ölkələrin silahlı qüvvələrinin müasir silah və texnika ilə təchiz edilməsi, hərbi kontingentin əməliyyat uyğunluğunun artırılması, hərbi strukturların və xüsusi xidmət orqanlarının birgə hərəkətlərinin əlaqələndirilməsinin təkmilləşdirilməsi olacaq. .

Putin əmin olduğunu bildirib ki, bu tədbirlər “dövlətlərimizin hərbi strukturlarının döyüş hazırlığının və koordinasiya səviyyəsinin və ümumilikdə KTMT-nin sülhməramlı potensialının artırılmasına xidmət edəcək”.

Əli Əliyev

visiontv.az