Putin Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə mane ola bilər, amma qarşısını ala bilməz
Putin Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə mane ola bilər, amma qarşısını ala bilməz
20.04.2022 Məhəmməd Əsədullazadə Tərəfindən

Rusiya prezidenti Vladimir Putin Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə mane ola bilər, amma qarşısını ala bilməz.

Qərblə Rusiya arasında siyasi konfontrasiya fonunda Brüssel iki ölkə arasında vasitəçilik missiyasını məhz Cənubi Qafqazda Rusiyanın çıxarılması kimi görür.

N. Paşınyanin Moskvaya səfərində V. Putin Qarabağ məsələsini qabartması göstərir ki, Kreml iki ölkə arasında sülhün əldə olunmasına qarşıdır. Məhz V. Putinin " Qarabağda problemlər var" - xüsusi olaraq qeyd etməsi buna əsaslanır.

Rusiya 30 il ərzində işğalın davam etməsinə dəstək verib. Geopolitik düzənin dəyişməsi Azərbaycana imkan verdi ki, öz ərazilərini işğaldan azad etsin. Xüsusilə Rusiyanın güclü olan vaxtında Azərbaycan bunu etdi. Hazırda Avropa İttifaqı, ABŞ Minsk qrupunun fiaskosunu qəbul etdisə, Ermənistan rəhbərliyi də Azərbaycanın 5 bəndlik təkliflərini qəbul edibsə, Rusiya iki ölkə arasında başlayan normallaşma prosesinin qarşısını ala bilməyəcək. Rusiyanın bunu etməsi üçün gərək Ermənistanda hakimiyyət dəyişərək "Qarabağ klanı" iqtidara gəlsin. Belə bir perspektiv olmadığı üçün Kremlin hərəkətliliyi müsbət nəticələnməyəcək.

Rusiya rəhbərliyi artıq "sülhməramlı" qüvvələrini Qarabağdan çıxarılmasını düşünməlidir. Nəinki "problemləri" həll etməyi. Yaxşı olardi ki, V. Putin Ukraynada düşdüyü problemdən çıxmaq yollarinı tapsın.

Azərbaycan uzaq olmayan perspektivdə Ermənistanı sülhə məcbur edəcək. Qərbdə artıq bunun alternativinin olmadığının fərqindədir.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə

Visiontv.az