Putin Ərdoğana şəxsən təşəkkür edib
Putin Ərdoğana şəxsən təşəkkür edib
05.08.2022 MEDİA Tərəfindən

Rusiya prezidenti Vladimir Putin şəxsən cümə günü Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana taxıl, o cümlədən Rusiya məhsulları və gübrələrin tədarükü ilə bağlı razılaşmaların əldə olunmasındakı roluna görə təşəkkür edib:

"Sizin bilavasitə iştirakınız və Birləşmiş Millətlər Təşkilatı Katibliyinin vasitəçiliyi ilə Qara dəniz limanlarından Ukrayna taxılının tədarükü ilə bağlı məsələ həll olundu. Artıq tədarüklərə başlanılıb. Həm buna, həm də əldə etdiyimiz uğurlara görə sizə təşəkkür etmək istəyirəm. Faktdır ki, eyni zamanda Rusiya ərzaq və gübrələrinin dünya bazarlarına fasiləsiz tədarükü ilə bağlı paket qərar qəbul edilib”, - Putin bildirib.

visiontv.az