Proseslər elə bir gərgin müstəviyə keçib ki, danışıqlar üçün hərhansı bir zəmin yoxdur
Proseslər elə bir gərgin müstəviyə keçib ki, danışıqlar üçün hərhansı bir zəmin yoxdur
26.04.2022 Məhəmməd Əsədullazadə Tərəfindən

ABŞ müdafiə naziri və dövlət katibinin Ukryanaya səfəri Donbas istiqamətində Rusiyaya ağır zərbə vurmaq Xersonu və Mariupolu işğaldan azad etməkdir.

Bu səfər ABŞ Ukraynaya ciddi hərbi dəstək göstərdiyini və müharibənin intensiv şəkildə inkişaf edəcəyini göstərir. Artıq Ukraynanın əlində müasir ballist raketlər, artilleriya vasitələri və digər dəqiq öldürücü silahlar var.

Bu səfərdən sonra Ukrayna Rusiya ərazisinə zərbələr vurur, həmçinin qondarma Dnestryanı Respublikası ərazisində Rusiyanın mövqeləri zərərləşdirilir. Ukrayna artıq danışıqlarda maraqlı olmayacaq və müharibəni davam etdirməklə Rusiyanı Ukryana ərazisindən çıxarmağı hədəfləyib.

Demək olar ki, müharibənin gedişi dəyişib və Rusiyaya qarşı hücum Xersonun azad olunması ilə Krım ərazində müharibənin davam

etməsi istisna deyil.
Proseslər elə bir gərgin müstəviyə keçib ki, danışıqlar üçün hərhansı bir zəmin yoxdur. Həlledici döyüşlərlə Ukrayna Rusiyanı Ukrayna ilə sövdələşməyə məcbur edəcək. Rusiyanın ordusu tənəzzülə uğrayır və quru sahəsində ciddi itkilər verir. Rusiya rəhbərliyi bir müddətdən sonra Kiyevə birbaşa təmasa keçəcək.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə

Visiontv.az