PROFİLAKTİKİ PEYVƏNDLƏMƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLIR
13.05.2019

CƏBRAYILLILARA MƏXSUS HEYVANLAR ARASINDA PROFİLAKTİKİ PEYVƏNDLƏMƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLIR

Yanvar ayının ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) Cəbrayıl Rayon Baytarlıq İdarəsi 11 sahə baytarlıq məntəqəsi ilə ölkənin bütün rayon və şəhərində məskunlaşmış Cəbrayıl rayon əhalisinə məxsus 10 min baş iribuynuzlu heyvan, 100 min baş xırdabuynuzlu heyvan, 180 baş at, 1500 baş it, 105 baş dəvə və 760 min baş quşa baytarlıq xidməti göstərir.

Cəbrayıl Rayon Baytarlıq İdarəsi cari ilin ilk günlərindən başlayaraq bu günə kimi rayon əhalisinə məxsus 9715 baş iribuynuzlu, 45935 baş xırdabuynuzlu, 195 baş təkdırnaqlı, 105 baş dəvədə  qarayara, 1063 baş sahibli itdə quduzluq xəstəliklərinə qarşı peyvənd aparıb. Eləcə də bu dövr ərzində 160482 (“H” ştammı ilə) baş quş və 521727 baş cücədə (“La-Sota” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirib.

Fevral ayından Cəbrayıllılara məxsus iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 724 baş iribuynuzlu və 24074 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılıb.

Mart ayının ilk günlərindən isə Cəbrayıl Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Artıq 5243 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.

Bundan başqa məlumat üçün bildirək ki, heyvan sahiblərinin şəxsi vəsaiti hesabına epizootik planda nəzərdə tutulmayan iribuynuzlu, xırdabuynuzlu heyvanların və quşların pastrelliyozu, iribuynuzlu heyvanların (cavanların) emkarı, xırdabuynuzlu heyvanların brodzot və enterotoksemiya xəstəliklərinə qarşı, iribuynuzlu heyvanların anayerob enterotoksemiya xəstəliyinə qarşı vaksinasiya aparılıb. Heyvanların və quşların qurd xəstəliklərinə qarşı dərman preparatları sahibkarın hesabına alınaraq heyvanlara verilib.

Qeyd edək ki, Cəbrayıllılara məxsus təsərrüfatlarda baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiqi barədə heyvan sahibləri ilə söhbətlər və izahat işləri aparılır. Həmçinin tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumatlar verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri üstü parazitlərə qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

Cəbrayıllılara məxsus heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iribuynuzlu heyvanlarda leptospiroz, bruselyoz (ştamm-19 vaksini ilə), xırdabuynuzlu heyvanlarda dabaq, leptospiroz, quşlar arasında nyukasl və digər xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo (göz sınağı müayinəsi), iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), xırdabuynuzlu heyvanlarda bruselyoz və qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik, quşlarda, iri və xırdabuynuzlu heyvanlarda (askaridioz, diktikaulyoz, fassilyoz və s.) koproloji müayinələrin aparılması nəzərdə tutulur.   

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.


CƏBRAYILLILARA MƏXSUS HEYVANLAR ARASINDA PROFİLAKTİKİ PEYVƏNDLƏMƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLIR
CƏBRAYILLILARA MƏXSUS HEYVANLAR ARASINDA PROFİLAKTİKİ PEYVƏNDLƏMƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLIR
CƏBRAYILLILARA MƏXSUS HEYVANLAR ARASINDA PROFİLAKTİKİ PEYVƏNDLƏMƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLIR
CƏBRAYILLILARA MƏXSUS HEYVANLAR ARASINDA PROFİLAKTİKİ PEYVƏNDLƏMƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLIR
CƏBRAYILLILARA MƏXSUS HEYVANLAR ARASINDA PROFİLAKTİKİ PEYVƏNDLƏMƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLIR
CƏBRAYILLILARA MƏXSUS HEYVANLAR ARASINDA PROFİLAKTİKİ PEYVƏNDLƏMƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLIR

 

agro.gov.az