Problemli kreditlərlə bağlı YENİ XƏBƏR
Maliyyə Nazirliyinin internet səhifəsində vətəndaşları maraqlandıran məsələlərə aydınlıq gətirilməsi üçün xüsusi bölmə fəaliyyətə başlayıb.
Visiontv.Az report-a istinadən xəbər verir ki, insanlar burada suallarını nazirliyə ünvanlaya bilərlər.
Bununla yanaşı, bölmədə fiziki şəxslərin problemli kreditlərinin həll edilməsi ilə bağlı mümkün sualların cavabları əvvəlcədən yerləşdirilib.