Prezidentin səsləndirdiyi fikirlər həm də xalqımızın mənəviyyat kodeksidir
Prezidentin səsləndirdiyi fikirlər həm də xalqımızın mənəviyyat kodeksidir
14.01.2022 Hikmət Babaoğlu Tərəfindən

Azərbaycan Prezidenti İlham Əliyevin milli mediamıza verdiyi müsahibədə səsləndirdiyi fikirlər həm də xalqımızın mənəviyyat kodeksidir, Azərbaycançılıq məfkurəsinin dərin qatlarındakı təməl prinsiplərdir, Azərbaycanın milli "neokonservatizmi"dir - Biz əcdadlarımızın yolu ilə getməliyik.

Onların ruhlarını həmişə şad etməyə çalışmalıyıq. Azərbaycan xalqının üstünlüyü ondadır ki, biz öz qədim ənənələrimizə sadiqik. Bu nöqteyi-nəzərdən, hər birimiz üçün onun ailəsi, onun ulu babaları, əcdadları böyük əhəmiyyət kəsb edir, o cümlədən mənim üçün.  Babamın məzarı önündə ürəyimdə dediyim sözləri ola bilsin ki, nə vaxtsa dilə gətirəcəyəm.  "Bu fikirlər bizim keçmişə, milli dəyərlərimizə münasibətimzin necə olmasını təşviq etdiyi  kimi həm də gələcəyə yönəlmiş bir çağırışdır. Tarixi yaddaşımızın milli müstəvidə yenidən bərpası və hər bir azərbaycanlının gələcək fəaliyyət istiqamətinin əsaslarından biridir.

Məni də doğulduğum kəndimdə gözləyən əcdadlarımın  məzarları var . Uşaqlıq xatirələrim, gənclik illərim var. Şəkildə gördüyünüz, böyüyüb–başa çatdığım o aynabəndli ev də  o uşaq da  o yeniyetmə də o gənc də kəndimizdə  məni gözləyir! Qərbi Azərbaycanda, Zəngəzurda, İrəvanda, Göyçədə, Dərələyəzdə, Sürməlidə, Pəmbəkdə, Şörəil-Ağbabada qalan yurd yerlərimiz bizi gözləyir! İndi ürəyimizdə dediyimiz sözləri, qürbətdə qalan vətənlə hər gün qurduğumuz xəyali dialoqumuzu bir gün yüksək səslə dilə gətirmək arzusu ilə ….!

Millət vəkili Hikmət Babaoğlu

Visiontv.az