Prezidentin ad günü jesti Xoşbəxt Yusifzadəni kövrəltdi
15.01.2020

Prezident İlham Əliyev görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyinə həsr olunmuş mərasimdə iştirak edib.

Visiontv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Xoşbəxt Yusifzadəyə “Heydər Əliyev” ordenini təqdim etdikdən sonra maraqlı jest edib.

Belə ki, İlham Əliyev Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin yeni gəmisinə Xoşbəxt Yusifzadənin adının verilməsi üçün göstəriş verib.

Prezidentin bu göstərişi 90 yaşlı akademiki kövrəldib.