Prezidentdən yeni SƏRƏNCAM
07.01.2020

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əhməd Cuma oğlu Əhmədzadə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Visiontv.az-ın "president.az" saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasında meliorasiya və su təsərrüfatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əhməd Cuma oğlu Əhmədzadə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Sərəncamda deyilir: 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında meliorasiya və su təsərrüfatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Əhməd Cuma oğlu Əhmədzadə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin."