Prezidentdən daha bir SƏRƏNCAM
13.11.2019

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev mühüm sərəncam imzaladı

Yevlax şəhərində su təchizatı və kanalizasiya sistemi yenidən qurulacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası ilə bağlı Sərəncama imza atıb.

Sərəncama əsasən Yevlax şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə 5,0 (beş) milyon manat ayrılıb.