Prezident İlham Əliyevin sərt xəbərdarlığı rəsmi İrəvana sülh dedirtdirdi
21.09.2020

Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla tezliklə görüşəcəyini açıqlayıb.

Visiontv.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Mnatsakanyan görüşün tarixinin yaxın zamanda məlum olacağını bildirib.
“Biz açıq şəkildə demişik ki, sülh prosesinin alternativi yoxdur. Məhz bu məntiqə sadiqik və ötən müddətə aparılan danışıqları davam etdirməyə hazırıq.

Danışıqlarda irəlilədikcə, müəyyənlik yarandıqca bu barədə açıqlama verəcəyik.

Görüşə gəlincə, bunu dərhal etməyə hazırıq. Hazırda həmsədrlərlə məsləhətləşirik, razılaşma olan kimi müvafiq elan veriləcək.”-deyə Mnatsakanyan söyləyib.

Xatırladaq ki, Zoqrab Mnatsakanyanın açıqlaması Azərbaycan Prezidentinin çıxışından qısa müddət sonra baş verib.
İlham Əliyev danışıqların aparılmadığını və Ermənistanın faktiki olaraq sülh prosesindən çıxdığını açıqlamışdı.

 Modern.az