Prezident İlham Əliyevin Regional hərbi təhlükəsizliyə strateji baxışının bazası 2 hissədən ibarətdir
Videonu Aç
Prezident İlham Əliyevin Regional hərbi təhlükəsizliyə strateji baxışının bazası 2 hissədən ibarətdir
18.04.2022 İbrahim Məmmədov Tərəfindən

Azərbaycan Prezidentinin Cənubi Qafqazda təhlükəsizliklə bağlı strateji baxışlarının hərbi aspekti çox mühümdür və təkcə Cənubi Qafqazı deyil, daha böyük arealın təhlükəsizliyini nəzərdə tutur.

Prezident İlham Əliyevin REGİONAL HƏRBİ TƏHLÜKƏSİZLİYƏ  strateji baxışının bazası 2 hissədən ibarətdir:

BİRİNCİSİ, Aərbaycan regionda sülhü təmin etmək üçün hərbi qüdrətini daha da gücləndirir və gücləndirərəcək.

İKİNCİSİ, əksinə, Ermənistanın silahlandırılması Azərbaycana və regiona münasibətdə qeyri-dost münasibət kimi dəyərləndiriləcək.
Azərbaycan Prezidentinin regional hərbi təhlükəsizliklə bağlı bu strateji baxışı tam əsaslandırılmışdır və bütün dünya tərəfindən qəbul ediləcək  arqumentlərə və məntiqə söykənir.

Birincisi, Ermənistan indiyə qədər nisbi hərbi üstünlüyə malik olduğu dövrdə qonşulara qarşı aqressiv siyasəti yürüdərək regionun inkişafının qarşısını alıb. Odur ki, xüsusilə Azərbaycan bu ölkənin silahlandırılmasını birbaşa özünə qarşı təhdid kimi qəbul edir.

İkincisi, Ermənistan iqtisadi və siyasi baxımdan müstəqil siyasət yürütmək iqtidarında olmadığı üçün onun silahlandırılması həm Ermənistanın özü, həm də region üçün təhlükədir. Müstəqil olmayan dövlətin əlindəki böyük dağıdıcı gücə malik silahlar regiondan kənar qüvvələrin maraqlarına xidmət edə bilər ki, bu da bütün bölgənin təhlükə altına düşməsi deməkdir.

Deməli, Ermənistan öz boyundan böyük hərbi gücü rasional idarəetmə potensialına malik deyil və buna görə də silahlandırıla bilməz.

İbrahim Məmmədovun təqdimatında "Həftəyə baxış".

Visiontv.az