Prezident İlham Əliyevdən Moskva və Yerevana növbəti mesaj
Prezident İlham Əliyevdən Moskva və Yerevana növbəti mesaj
29.04.2022 Məhəmməd Əsədullazadə Tərəfindən

Prezident İlham Əliyev 44 günlük müharibədə Rusiyanın Ermənistana silahlar göndərməsini, sərhədlərin delimitasiya və demarkasiyası prosesində 1918-1991-ci illər xəritələrinin götürülməsini qeyd etməsi Moskva və Yerevana mesajdır.

Rusiya aktiv şəkildə sülh müqaviləsinin bağlanmasına qarşıdır və Qarabağ məsələsini gündəmdə saxlamağa çalışır. Həmçinin sərhədlərin delimitasiya və demarkasiyası üzrə ikitərəfli komissiyanin yaradılmasına da mane olur. Halbuki, komissiya işə başlamlı idi.

Dövlət başçısının hər iki məsələni qaldırmasi Rusiyanın prosesi pozduğunu və Azərbaycanın da artıq Ermənistanın ərazi bütövlüyünü tanımayacağını mesajını vermiş oldu.

Ermənistanla Azərbaycan arasında Brüsselin vasitəçiliyinə mane olan Rusiyanın bu addımları Bakıya qarşı təzyiqdir. Qeyd edim ki, Rusiyanın Baş nazirinin muavini Bakiya səfər etmişdir. Görünür aparılan danışıqlarda Bakını qane etməyən şərtlər irəli sürülüb.
Dövlət başçısı xüsusi bir məqamıda vurğuladı. Əsasən, Qarabağda yaşayan ermənilərdən musbət mesaj aldıqlarını vurğuladı. Bu, V. Putinin N. Paşinyana Qarabağda problemler var və onların həlli vacibdir mesajına cavab idi. Prezident bununla qeyd etdi ki, yerli ermənilər Azərbaycanın tərkibində yaşamasında problem görmür və bu istiqamətdə də problem yoxdur.

Ümumiyyətlə Rusiyanın Cənubi Qafqaz siysəti sülhün qarşısını almağa yönəlib. Təssüf ki, ABŞ-da sülh müqaviləsinin bağlanmasına mane olur. Avropa İttifaqının vasitəçiliyi daha obyektiv olaraq prezident tərəfindən də yüksək qiymətləndirilir. Sonda Avropa İttifaqının vasitəçiliyi iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına səbəb olmaqla yanaşı, Rusiyanın mövqeyini də zəiflədəcək. ABŞ-ın isə təsiredici mexanizmi yoxdur.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə

Visiontv.az