Prezident İlham Əliyev “Müstəqillik Günü haqqında” qanunu təsdiq etdi
15.10.2021

Prezident İlham Əliyev “Müstəqillik Günü haqqında” qanunu təsdiq edib. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan olunacaq.

Eyni zamanda Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.

Qeyd edək ki, indiyə qədər mayın 28-i Respublika Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu.

Visiontv.az