Prezident İlham Əliyev Davosda Pakistanın Baş Naziri ilə görüşüb
22.01.2020

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 21-də Davosda Pakistan İslam Respublikasının Baş Naziri İmran Xan ilə görüşü olub.

Visiontv.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Pakistan arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Baş Nazir İmran Xan bildirib ki, Pakistan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin haqlı mövqeyini dəstəkləyir və işğalçı Ermənistanla heç vaxt diplomatik münasibətlər qurmayıb.