Prezident İlham Əliyev albaniyalı həmkarına başsağlığı məktubu ünvanlayıb
27.11.2019

Prezident İlham Əliyev Albaniya Respublikasının Prezidenti İlir Metaya başsağlı verib.

Visiontv.az-ın AZƏRTAC-a istinadən xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Albaniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".