5.06.2020
Axtar
Gündəlik
alt

Prezident icra başçılarını tənqid etdi: "Onların vecinə deyil"

"Elə məsələ var ki, böyük vəsait, əziyyət tələb etmir. Sadəcə onların vecinə deyil. Onlar hesab edirlər ki, burada ağa kimi rəhbərlik etməlidirlər, insanları incitməlidirlər".

Visiontv.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevi isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bəzi icra başçılarının fəaliyyətini tənqid edib:

"Öz şəxsi maraqlarını təmin etməlidirlər. Bu təfəkkürlə yaşayan insanların bizim aramızda yeri yoxdur. Onların yeri başqa yerdədir".

Şərh