Prezident bu yüksək vəzifələrə rəhbər təyin edəcək - SİYAHI
11.03.2020

Azərbaycanda bir neçə yüksək vəzifəyə təyinat gözlənilir.

Visiontv.az həmin vəzifələrin bir qismini təqdim edir:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsi boşdur.

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə də təyinat gözlənilir.

Hazırda Azərbaycan İlahiyyat İnstitutunun rektoru da yoxdur.

Qeyd edək ki, Prezident İlham Əliyev martın 9-da imzaladığı sərəncamlarla Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Kəlbəcərin icra başçısı Aqil Məmmədov, İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov vəzifələrindən azad ediliblər.

oxu.az